Nailiyyətlərimiz

7 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN RƏQS KOLLEKTİVİ XÜSUSİ MÜKAFAT -"QRAN-PRİ" MÜKAFATINA LAYİQ GÖRÜLÜB2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 8 noyabr - "Zəfər Günü"nə həsr olunmuş "Xarıbülbül" respublika onlayn rəqs festivalında ümumtəhsil məktəbləri arasında "Vətənpərvərlik mövzusunda rəqs kompozisiyası"nominasiyası üzrə M.Rahim adına 7 nömrəli tam orta məktəbin rəqs kollektivi Xüsusi Mükafat -"QRAN-PRİ" mükafatına layiq görülmüşdür. Şagirdlərimizi və üzərində əziyyət çəkən müəllimləri təbrik edirik!

7 nömrəli tam orta məktəbin şagirdi II yerlə təltif olunub.Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 2020- 2021 tədris ilində keçirilmiş "Lütfi Zadə adına Məntiq Olimpiadası"nda 7 nömrəli məktəbin şagirdi Hümbətzadə Sübhan Məzahir oğlu II yerə layiq görülüb. Şagirdimizi təbrik edir, dərslərində müvəffəqiyyətlər arzu edirik.

7 nömrəli tam orta məktəbin şagirdi I yerlə təltif olunub.Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi 2020- 2021 tədris ilində VI- VII sinif şagirdləri arasında keçirilən VI Fənn Müsabiqələrində Bakı şəhəri, 7 nömrəli tam orta məktəbin VI sinif şagirdi Radzevil Dmytro İnformatika fənni üzrə I yeri tutduğuna görə təltif olunub. Şagirdimizi təbrik edir, dərslərində müvəffəqiyyətlər arzu edirik.

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

Günel Bədəlova Elman

Mələk Xıdırlı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi