7 nömrəli məktəbin müəllimləri “Biliyini paylaş” layihəsində iştirak ediblər.

23 dekabr 2022-ci il saat 13:05 də 144 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi üzrə görüş keçirilmişdir.

 

144 nömrəli məktəbdə məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi (mentor), Yolçiyeva Lütviyyə tərəfindən keçirilən inteqrasiyalı açıq dərsdə M.Rahim adına 7 nömrəli tam orta məktəbin kimya müəllimi Şəfiqə Cəfərova və informatika müəllimi İlahə Hüseynova iştirak etmişdir.

 

Dərs kimya və bilogiya fənni ilə inteqrasiyalı olduğundan M.Rahim adına 7 nömrəli tam orta məktəbin kimya müəllimi Cəfərova Şəfiqə müəllim açıq dərsdə dərsin kimyəvi bacarıq və biliklərini şagirdlərə çatdırdı.

 

Sonda şagirdlər, kimyəvi maddələr sayəsində nə günəşin, nə yağışın nə də digər təsirlər nəticəsində solmayacaq rənglərlə quş evlərini hazırladılar.

Layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi