7 nömrəli tam orta məktəbdə ilk dəfə olaraq 11"c" sinifinə "Rəğbətlənmə kartı" verilib.

7 nömrəli tam orta məktəbdə ilk dəfə olaraq 11"c" sinifinə "Rəğbətlənmə kartı" verilib.

 

11"c" sinif şagirdləri məktəbin bütün fəaliyyətlərində aktiv şəkildə iştirak edirlər. Şagirdlərimiz nizam intizam qaydalarına bütün sinif olaraq tam əməl etdiklərinə görə, gündəlik 100 faiz davamiyyət, nümunəvi davranış, təlim-tərbiyə prossesində seçildiklərinə görə məktəb rəhbərliyi tərəfindən rəğbətləndirmə ilə təltif olunublar. Bu həm sinif olaraq, həm də ayrı ayrılıqda şagirdlər üçün tətbiq olunacaq. Məktəb rəhbərliyi eyni zamanda nümunəvi davranışlarına görə seçilən şagirdlərin valideynlərini məktəbə dəvət edərək övladlarının məktəb fəaliyyəti ilə bağlı məlumat verib və onlara təşəkkür ediblər. Sinif rəhbəri Qəmər Zərbəliyeva da təşəkkürnamə ilə təltif edildi.

 

Həmçinin, Riyaziyyat aylığı çərçivəsində 11"c" sinif şagirdləri Qəmər Zərbəliyevanın təşkilatçılığı ilə ibtidai sinif şagirdləri arasında viktorina keçirmişlər. Şagirdlərin Riyaziyyat aylığı çərçivəsində gördüyü işlərin hesabatı da görüşdə valideynlərlə təqdim olunub.

 

"Rəğbətlənmə kartı" ilk dəfədir, məktəb rəhbərliyi tərəfindən təqdim olunur. Bu layihəmiz həm şagirdlər, həm valideynlər, həm də bütün müəllimlər tərəfindən maraqla qarşılandı və digər şagirdlərimiz üçün də stimul oldu.

 

Arzu edirik ki, qısa müddət ərzində digər siniflərimiz və şagirdlərimiz də fərdi şəkildə bu kartı qazanacaqlar                     </div>

                </div>
                <div class=

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi