7"a" və 7"b" sinif şagirdlərinin iştirakı ilə "Su həyatdır" mövzusunda praktik tədbir keçirili
Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 2/3 hissəsini su təşkil edir. Hər addımımızda, hər alıb-verdiyimiz nəfəsdə suyun iştirakı var.
7 nömrəli məktəbdə Sofiyaxanım Qasımovanın təşkilatçılığı və 7"a" və 7"b" sinif şagirdlərinin iştirakı ilə "Su həyatdır" mövzusunda praktik tədbir keçirilib. Şagirdlər suyun insan həyatı üçün vacib edən səbəblərdən bəhs ediblər və sudan istifadə edərək bir sıra eksperimentlər aparıblar.