7 nömrəli məktəbin psixoloqları Nərminə İsmayılzadə və Küşvər Abdullayeva tərəfindən “Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib.
M.Rahim adına 7 nömrəli məktəbin psixoloqları Nərminə İsmayılzadə və Küşvər Abdullayeva tərəfindən “Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsinin əsas məqsədi qızların erkən nigah, onun fəsadları haqqında maarifləndirilməsi idi. Erkən nigahın fəsadlarının nəinki özlərinə, hətta cəmiyyətə belə mənfi təsir göstərəcəyi qızlara videoçarx vasitəsi ilə izah edilib. Şagirdlərin öz hüquqlarını bilməsi, təhsil fəaliyyətlərinin dayandırılmaması, zorakılıq halları olarsa, erkən nigaha və uşaq evliliyinə məruz qalsalar, vəziyyətdən necə çıxmalı olduqları barədə bir sıra tövsiyələr verilib.