7 nömrəli tam orta məktəbin 2022-2023 cü illər üçün fəaliyyət planında nəzərdə tutulmuş fəaliyyət istiqaməti müzakirə olunub

M.Rahim adına 7 nömrəli tam orta məktəbin 2022-2023 cü illər üçün fəaliyyət planında nəzərdə tutulmuş fəaliyyət istiqamətini əsas götürərək məktəb rəhbərliyi tərəfindən metodbirləşmə işinin optimallaşdırılması və dərslərin tədrisinin keyfiyyətli təşkili istiqamətində müəllimlərlə təlimlər təşkil olunmuşdur. Təlim məktəb rəhbəri Könül Təhməzova və Təlimə Dəstək Mərkəzinin metodisti İlahə Həmidova tərəfindən aparılmışdır.

Təlimlər vasitəsi ilə hər fənn kafedrası üzrə mentor müəllimlər hazırlanacaq. Müvafiq fənlər üzrə hazirlanmış mentor müəllimlər aid olduqları kafedra müəllimlərinin dərslərinin keyfiyyətli təşkilinə nəzarət edəcək və çətinliklərin aradan qaldırılması üçün dəstək göstərəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi