Magistrantlar üçün "M.Rahim adına 7 nömrəli tam orta məktəbdə strateji idarəetmənin xüsusiyyətləri” mövzusunda seminar təkşil edildi.
Magistrantlar üçün "M.Rahim adına 7 nömrəli tam orta məktəbdə strateji idarəetmənin xüsusiyyətləri” mövzusunda seminar təkşil edildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetində ( “Təhsilin təşkili və idarə edilməsi (MBA)” ixtisaslaşmasında təhsil alan magistrantlar üçün “M.Rahim adına 7 nömrəli tam orta məktəbdə strateji idarəetmənin xüsusiyyətləri” mövzusunda seminar keçirildi.
Seminarda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Tədris departamentinin direktor müavini dosent Ənvər İmanov ADPU-da strateji palanlama və idarəetmə fəaliyyəti haqqında ümumi məlumat vermişdir.
“Təhsildə strateji idarəetmə” fənni üzrə dərs-görüşdə magistrantlara məktəbin direktoru Könül Təhməzova strateji və optimal idarəetmə mexanizmi haqqında geniş məlumat vermiş, növbəti illər üçün məktəbin strateji planının əsas məqamlarını açıqlamışdır.
Magistrantlar tərəfindən maraqla qarşılanan master-klassda məktəbdə strateji planlaşdırma və yeniliklərin optimal tətbiqi ilə bağlı çoxsaylı suallar ətrafında geniş müzakirələr aparılmış, təkliflər dinlənilmişdir.