7 nömrəli tam orta məktəbin Kiçik Akademiyası Tarix həftəsinə və Zəfər gününə həsr olunmuş bilik yarışması keçirib.

7 nömrəli tam orta məktəbin Kiçik Akademiyası Tarix həftəsinə və Zəfər gününə həsr olunmuş bilik yarışması keçirib.

21 noyabr 2022-ci il tarixində Kiçik Akademiya rəhbəri Hüseynova İlahə Tarix həftəsinə və Zəfər gününə həsr olunmuş bilik yarışması keçirib.

Yarışmada 8-10-cu siniflərin şagirdləri iştrak edib. Şagirdlərə 15 sual səsləndi. Yarışmada 4 komandadan ibarət 16 şagird iştirak edib. Tədbirin əvvəlində məktəbimizin təşkilatçı rəhbəri Elmira İbrahimova şagirdlərə tədbir haqqında məlumat verdi. Daha sonra Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib.

Yarışmanın aparıcıları Kiçik Akademiyanın Prezidenti Aymar Babayev, Kiçik Akademiyanın Vise-Prezidenti Aydan Rəhimova şagirdləri salamladıqdan sonra rəyasət Heyətinin üzvü Yeganə Misirzadə vətənpərvərlik mövzusunda çıxış etdilər.

Şagirdlərə 15 sual səsləndirilib. Olimpiadanın I mərhələsi bitdikdən sonra məktəbin musiqi ansamblı tərəfindən musiqilər ifa olunmuşdur. Şagirdlərə ümumi 15 sual verilmişdir, daha sonra cavabları münsiflər heyəti tərəfindən yoxlanılaraq qaliblər müəyyənləşib. Müəyyən olundu ki, ən uğurlu nəticə Şərq Qalxanı komandası göstərib və I yerə layiq görülüb. Daha sonra Zəfər komandadı II yeri, Yaşma komandası III yeri, Yarasa komandası IV yeri qazanıblar.

Daha sonra məktəbimizin direktoru Könül Təhməzova qalib olmuş komandalara diplom təqdim edib və şagirdlərə təhsil yolunda uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi