ADPU-da M.Rahim adına 7 nömrəli məktəbin şagirdləri və ADPU -in tələbələrinin iştirakı ilə “Zəfərin Səsi” adlı tədbir keçirilib

ADPU-da M.Rahim adına 7 nömrəli məktəbin şagirdləri və ADPU -in tələbələrinin iştirakı ilə “Zəfərin Səsi” adlı tədbir keçirilib

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Zəfərin Səsi” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, M.Rahim adına 7 nömrəli məktəbin rəhbər və müəllimləri ,fakültə dekanları, professor-müəllim heyəti və tələbələr, o cümlədən, Vətən müharibəsi şəhidi şəhid Həsənağa Şirvaninin anası Şəfəq Rəfiyeva, qazi Məbud Əhmədov, şəhid Rüfət Əlifovun qardaşı Orxan Əlifov və şəhid Zaur Dadaşovun qardaşı Ziya Dadaşov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov 8 Noyabr – Zəfər Gününün müasir tariximizə qızıl hərflərlə yazılmış ən önəmli tarixlərdən biri olduğunu diqqətə çatdırıb.

Rektor qeyd edib ki, məhz iki il bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında və xalqın dəstəyi ilə müzəffər Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı azad edərək şəhid qanları bahasına ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

İşğaldan azad olunmuş rayonlar haqqında videoçarx izlənildikdən sonra universitet tələbələri və ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə təqdim olunub.

Bədii hissədə məktəbimizin şagirdlərinin müşayiəti ilə Riyaziyyat fakultəsinin tələbəsi Dilarə Abdullayeva Xudayar təsnifini ifa edib,məktəbin rəqs kollektivi isə Qarabağ Azərbaycandır kompazisiyasını təqdim edib.

Tədbir qazi Məbud Əhmədovun ifası ilə davam edib.#adpu #bakisehertehsilidaresi #edugovaz #zefergunu

https://m.facebook.com/story.php?story_fbid=822888409114990&id=100041815159968

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi