7 nömrəli tam orta məktəbin müəllimləri də Fəxri Fərmanla təltif olunublar.
Oktyabrın 5-də Səbail Rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin və musiqi məktəblərinin direktorları və müəllimləri iştirak etmişlər.
Tədbirdə RİH başçısının müavinləri Kəmalə Həşimova və Eldar Ağayev “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik ediblər.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən təhsil işçiləri Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.
7 nömrəli tam orta məktəbin müəllimləri də Fəxri Fərmanla təltif olunublar.