Bu gündən məktəbdə məktəbəhazırlıq qruplarında 2022/2023-cü tədris ili üzrə ilk məşğələlərinə start verildi.
Bu gündən məktəbdə məktəbəhazırlıq qruplarında 2022/2023-cü tədris ili üzrə ilk məşğələlərinə start verildi.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçiriləcək.
Gün rejimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı"na uyğun olaraq təşkil olunur.
Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.