Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV əməkdaşları iştirak edib.

 

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Daha sonra BŞTİ-nin 2021-2022-ci tədris ilindəki fəaliyyətindən bəhs edən “Yeni dövr, yeni çağırışlar” adlı videoçarx nümayiş olunub.

 

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. İdarə müdiri postpandemiya dövründə qarşıda duran vəzifələrin icrası ilə əlamətdar olan yeni dövrdən irəli gələn yeni çağırışlarla yadda qalan 2021-2022-ci tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

 

Daha sonra Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova çıxış edib. Direktor çıxışında əldə etdiyimiz böyük Zəfərdə də rəqəmsal texnologiyanın danılmaz rolundan danışıb, son dövrlərdə təşkil olunmuş texnoloji festivallar, elm sərgiləri və digər layihələr məhz gənc nəslin daha yaradıcı, daha səriştəli yetişməsinə xidmət etdiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

 

Bakı şəhəri 7 nömrəli tam orta məktəb V qrant müsabiqəsində “Təhsildə 3D texnologiyalarının tətbiqi” layihəsi ilə qalib oldu. Layihənin məqsədi təhsildə müasir texnologiyalar vasitəsilə şəgirdlərin tədrisə marağını artırmaq, dərslərin öyrənilməsində daha effektiv və interaktiv metodları təkmilləşdirməkdən ibarətdir. Bütün bunlar müasir təhsilə adaptasiya baxımından çox vacibdir.

 

Layihənin əsas predmeti olan 3D VR eynəklərdən istifadə dərslərdə şagirdlərin gördüyü, eşitdiyi, yanına gedib toxunduğu və hərəkət etdirdiyi bir obyekt haqqında məlumatı daha dərindən öyrənmələrinə gətirib çıxarır. Bu yolla öyrənmə və dərketmə daha effektiv və qalıcı olur - direktor əlavə edib.

 

Ardınca təhsilverənlərin sertifikasiya imtahanından maksimum bal toplayan Jalə Mehdiyeva, Xaricdə Təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin məzunu Cəlil Cabbarlı, bu il ali məktəblərə qəbul imtahanında pedaqoji ixtisas üzrə yüksək nəticə göstərən Sürəyya Quliyeva, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Mehrac Quliyev çıxış ediblər.

 

Konfrans şagirdlərin ifasında “Gənclik himni” ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi