Pedaqoji dövrünün son təqdimati

Pedaqoji dövrünün son təqdimati

 

Təcrübəçi müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsi Kimya müəllimliyi ixtisasının 1803K qrup tələbəsi Hüseynova Aytac və məktəbimizin 9-cu sinif şagirdi Salahov Kənan Bakı şəhəri Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə STEAM əsaslı təlimi uğurla həyata keçirərək, layihənin nəticəsini təqdim ediblər. Təcrübəçi müəllim və şagirdimizin hazırladığı Azərbaycan bayrağı məktəbin "Şuşa dəhlizi"nin açılış mərasimində nümayiş olunub.

 

Məktəbə töhfəsi olan tələbəmiz Aytac Hüseynovaya və pedaqoji təcrübə rəhbəri Rumiyyə Camalovaya uğurlar arzu edirik. Yaradılan şəraitə görə məktəb rəhbərliyinə və hər an tələbələrin yanında olub, öz köməyini onlardan əsirgəməyən məktəbin kimya muəllimi Şəfiqə Cəfərovaya minnətdarıq.

 

7 nömrəli məktəbin rəhbərli adından təcrübəçi tələbələrə təşəkkürümüzü bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi