7 nömrəli məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Ailəm və məktəbim” layihəsi ilə bağlı görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Ailəm və məktəbim” layihəsi davam edir.
Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil olunur.
Eyni zamanda “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüş və sorğular keçirilir.
Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri təşkil edilir.
Layihə çərçivəsində növbəti görüş bu gün 7 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova iştirak edib.
Bundan əlavə, layihə çərçivəsində məktəb - ailə əməkdaşlığında fərqlənən ümumi təhsil müəssisələri və valideynlərin təltif olunması da nəzərdə tutulur.
Qeyd edək ki, “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.