Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə "Zəfər Dəhlizi"nin açılış mərasimi olub.

Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə "Zəfər Dəhlizi"nin açılış mərasimi olub.

 

Report: https://report.az/.../bakida-mektebde-zefer-dehlizi.../

Yeniçağ: https://yenicag.az/7-nomreli-tam-orta-mektebde-zefer.../

Vətəninfo: https://veteninfo.az/bakida-mektebde-zefer-dehlizi...

Diasporpress: https://diasporpress.az/bakida-mektebde-zefer-dehlizi...

İnterpress: https://interpress.az/bakida-mektebde-zefer-dehlizi...

 

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorun müdiri Sevinc Rəsulova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin deputatları Nigar Arpadarai, Vüqar İsgəndərov, Ramil Həsən, Elşən Musayev, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Səbail rayon Gənclər və idman idarəsinin rəisi əvəzi Elnarə Əliyeva, məktəbin direktoru Könül Təhməzova və 7 nömrəli məktəbin qəhrəman məzunları iştirak ediblər.

 

Çıxışçılar Vətən müharibəsi zamanı Azərbaycanın şanlı qələbəsindən söz açıb və xatırladılıb ki, uzun illər işğal altında olan Azərbaycan torpaqları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad olunub.

 

Qeyd olunub ki, rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq dünyanın hərb tarixinə düşüb.

Məktəbin direktoru Könül Təhməzova "Zəfər Dəhlizi"nin mahiyyətindən danışıb. Onun sözlərinə görə, dəhlizin açılışı Şuşa ilinə həsr olunub: "Dəhlizdə əsasən şagirdlərin əl işləri yer alıb. Həmçinin 44 günlük Vətən müharibəsinin məlumatlarını özündə əks etdirən lövhələrdə QR kod yerləşdirilib. Həmin QR kodlar vasitəsilə məlumatlarla elektron formada tanış olmaq mümkündür".

 

Tədbirdə qeyd olunub ki, "Zəfər dəhlizi" Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi məqsədi ilə məktəbdə görülən işlər çərçivəsində yaradılıb.

 

Mərasimin keçirilməsində əsas məqsədi 44 günlük Vətən müharibəsində iştirak etmiş məktəbin qəhrəman məzunlarını, məktəbin şagirdlərinin əl işlərini tanış etmək və QR kodlar vasitəsilə məlumatların elektron formada nümayiş olunmasını bir ənənə halına çevirməkdir.

 

K.Təhməzova "Zəfər dəhlizi"nin yaradılmasında göstərdiyi təşəbbüsə və dəstəyə görə məktəbin I sinif şagirdi Həsən Allahverdiyevin atası, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdiliyə təşəkkür edib.

 

Tədbirin davamında məktəblilər şeirlər səsləndirib, mahnılar ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi