7 nömrəli tam orta məktəbin psixoloqları tərəfindən VIII siniflərlə “Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?” mövzusunda qrup terapiyası təşkil olunmuşdur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-145№-li əmri ilə təsdiq edilmiş “Ailəm və məktəbim” layihəsi çərçivəsində 17.05.2022-ci il tarixində M.Rahim adına 7№ tam orta məktəbin psixoloqları tərəfindən səkkizinci (8-ci) siniflərlə “Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?” mövzusunda qrup terapiyası təşkil olunmuşdur.
Mövzu ilə şagirdlərlə fikir mübadiləsi aparılmışdır. Uşaqlara davranışlarını və duyğularını açıq şəkildə necə ifadə etmələrini, bu prosesdə qarşılarına çıxa biləcək problem və çətinliklərin aradan qaldırılmasının yolları öyrədildi. Uşaqlarala praktik yönümlü oyunlar və tapşırıqlar yerinə yetirildi. Daxili neqativ duyğulardan, qorxulardan qurtulmaq üçün maraqlı texnikalar həyata keçirildi. Sonda şagirdləri motivasiya etmək üçün onların hər birinə motivasiyaedici cümlələrdən ibarət kiçik hədiyyələr təqdim olundu.