ADPU- da magistrantların dərs-görüşü keçirildi.
ADPU- da magistrantların dərs-görüşü keçirildi.
Dərs-görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantları, ADPU-nun baza məktəbi, M.Rahim adına 7 nömrəli məktəbin direktor səlahiyyətlərinin icraçısı Könül Təhməzova, “AAAF Holdinq”-in vitse-prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev və onun komandasının üzvləri iştirak etdilər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin MBA “Təhsilin təşkili və idarə edilməsi” ixtisaslaşması üzrə təhsil alan magistrantlarla biznes konsultant və peşəkar idarəçi Fəxri Ağayevlə görüş M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərinin icraçısı Könül Təhməzovanın və Azərbaycan Dövlət Pedaqoji Universitetin Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanovun təşəbbüsü ilə həyata keçirilmişdir.
Dərs-görüşün sonunda dos.Ənvər İmanov maraqlı keçən tədbirin iştirakçılarına,eyni zamanda təşəbbüskar təşkilatçı Könül Təhməzovaya universitet rəhbərliyinin təşəkkürünü bildirdi.