7 nömrəli məktəbin direktoru Könül Təhməzova Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edib
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbir keçirildi. On bir ölkənin nümayəndələrinin və Azərbaycanın on bir iqtisadi regionun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı uğurla bitdi.
Mayın 5-dən 8-dək davam edən Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edildi. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olundu.
Festivalda 7 nömrəli məktəbi məktəbin direktoru Könül Təhməzova təmsil edib. Direktorumuz dilbər guşə Şuşada olarkən məşhur Şuşa qalasını, Xurşidbanu Natəvanın heykəlini ziyarət edib, dünya mətbəxinin təamları ilə tanış olub, xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatları izləyib.