7 saylı tam orta məktəbin tarix müəllimi Yeganə Bağırova: "Zəngilan rayonununda böyük infrastruktur layihələrin icra edilməsi"
"Zəngilan rayonununda böyük infrastruktur layihələrin icra edilməsi"
Zəngilan rayonu erməni işğalçıları tərəfindən 1993-cü il 29 avqust tarixində işğal edilmişdir. Lakin, 27 il düşmən tapdağı altında inildəyən, dağıdılan tarix və mədəniyyət abidələri talan edilən doğma Zəngilanımızın üstünə 2020-ci il 20 oktyabr tarixində nur saçıldı. Zəngilan azadlığın zəfərini, qələbəsini hər daşında, torpağında duydu. Bu Azərbaycanın müzəffər ordusunun və Ali baş komandanın apardığı ədalətli savaşın nəticəsi sayəsində baş verdi.
Zəngilanla bağlı bir tarixi hadisəni qeyd etmək istəyirəm. Doğma elimizə, obamıza Ağstafa rayonuna şəhid xəbəri gəldi. Məndə hamı kimi şəhidimizi ziyarət etmək üçün Bakıdan Ağstafadakı izdihama qoşuldum. Bu şəhid, Azər Yusifli idi. Hansı kı, Zəngilanın azad olunmasında xüsusi xidmət göstərmiş, Zəngilan rayonuna qələbə bayrağı sancan, Azər. 26 yaşlı şəhidim 26 qələbə bayrağı ucaltmış, Ali baş komandana raport vermişdir.
Eyni vaxtda daha bir şəhidin gəlişi məni Ağstafanın Muğanlı kəndinə gətirdi. Mən elə bir mənzərə gördüm ki, hələ bu günə qədər heyrət içindəyəm. Bu şəhidimiz isə İsmayılov Bahaləddin Teymur oğlu idi. Bir qəhrəman anasının sevinçi məni qürurlandırdı. Ana şəhid balası ilə görüşəndə belə müraciət etdi.
Mənim balamın qanı tökülən Şuşa azad edildimi ? Bayrağımızı verin, bu mənim qəhrəman balamın arzusu idi. Yaxın gəlin, qorxmayın. Bu ancaq mənim oğlum ola bilər.
Bu müraciət hamını ürəkləndirdi. Bəlkə də, o an içində hamı düşünürdü ki, belə ananın ancaq belə qəhrəman övladı ola bilər.
Artıq zəfər tariximizin nəin ki, günləri, ayları hətta illərini belə böyük fəxlə, qürurla qarşılayırıq. Torpaqlarımız azadlığın qoxusunu sanki açan hər bir çiçəyində, təmiz, aydın səmasında, yam-yaşıl təbiətində hər bir vətən oğlunun nəfəsi səsləyir. Bunun nəticəsidir ki, dövlətimiz artıq azad olunmuş torpaqlarda yeni abadlıq və infrastuktur işləri görərək bir sıra layihələrin hazırlanmasına böyük təşəbbüs göstərir. Bu layihələrin reallaşmasında xarici dövlətlərində marağı artıq duyulmaqdadır. Belə ki, Türkiyə, İsrail və İtaliya kimi dövlətlərin şirkətlərində “Ağıllı Kənd” layihəsinin gerçəkləşməsində yaxından iştirak edirlər.
Ali Baş Komandan cənab İ.Əliyevin Zəngilan sərhəd zastavasının yardılması, “Ağıllı kənd” “Ağıllı şəhər” layihələri geniş miqyasda quruculuq işləri tez bir zamanda məcburi köçkünlərimizin qayıtmasına zəmin yaradaraq yeni bir başlanğıca səbəb olacaqdır. Bu layihələrin həyata keçirilməsi nəinki, Zəngilamızda, Zəngəzur iqtisadi rayonlarında da geniş vüsət alaraq bizim birliyimizin, gücümüzün əsl nümunəsini əks etdirir.
Xalqının inam və dəstəyinə güvənən bir prezidentin hər addımı uğurlu və parlaqdır. Yaşasın Azərbaycan, Yaşasın uğurlu siyasətin davamçısı, ali baş komandan cənab İlham Əliyev!
Səbail rayonu, M.Rahim adına 7 saylı tam orta məktəbin tarix müəllimi,
Yeganə Bağırova.