Məktəbimizdə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi “ adlı dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Ali Baş Komandanı möhtərəm Prezident cənab İlham Əliyevin 29 dekabr 2021 – ci il tarixində ”İrəvan müəllimlər Seminariyasının 140 illiyi ”nin qeyd edilməsi haqqında imzaladığı ss\ərəncam xüsusi əhəmiyyətə malikdir. Sərəncamda qeyd edildiyi kimi , İrəvan şəhəri tarixən azərrbaycanlıların köklü yaşadığı böyük elm , maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Bu gün İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi təkcə təhsil hadisəsi deyil , eyni zamanda elə tarixi torpaqlarımıza qayıdış hədəfimizin reallaşması üçün çox mühüm amillərdən biridir.
Bu məqsədlə məktəbimizdə 14 mart 2022- ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi “ adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kifayət Qurbanova və 8 a sinfinin şagirdləri çıxış etdilər. Tədbir zamanı Azərbaycanın bir çox ziyayılarının yetişməsində əvəzsiz rol oynamış İrəvan Müəllimlər Seminariyasının fəaliyyətindən , orada dərs deyən müəllimlər haqqında söhbət edildi. Maarifçi , pedaqoq , publisist, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatı tarixçiliyinin banisi Firudin bəy Köçərli barədə maraqlı məlumatlar verildi, video təqdimatlar nümayiş etdirildi. Dəyirmi masada 8a sinfinin şagirdləri hazırladıqları referatlarla çxış etdilər.