7 nömrəli məktəbdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
2 aprel 2022-ci il tarixində 7 nömrəli məktəbdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Olimpiadada nəzarətçi qismində 7 nömrəli məktəbin müəllimləri iştirak ediblər və olimpiada şəffaf şəkildə keçirilmişdir.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.