"Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" mövzusunda görüş keçirilib
18 mart 2022-ci il tarixində Səbail rayonu Məmmə Rahim adına 7 nömrəli tam orta məktəbdə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" mövzusunda görüş keçirilib.
Görüşdə, Səbail Rayon Polis İdarəsinin rəisi, polis palkovniki Hikmət Qasımov, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu Fizzə Baxışova, 7 nömrəli məktəbin direktoru Könül Təhməzova iştirak ediblər.
Görüşdə qonaqlar narkomaniya bəlasına qarşı tədbirlər barədə çıxış ediblər, mövzu ətrafında diskussiya aparılıb və Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya ilə bağlı bütün dəhşətlikləri özündə əks etdirən video çxar nümayiş etdirib.
Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.
#7nömrəli #din #narkomaniya