VI sinif şagirdləri arasında Şuşa ilinə həsr olunmuş bilik yarışması keçirilib
Bu gün 7 nömrəli tam orta məktəbdə Səfiyyə Zeynalovanın təşkilatçılığı ilə VI sinif şagirdləri arasında Şuşa ilinə həsr olunmuş bilik yarışması keçirilib.
Yarışma breyn rinq formatında keçirilib və yarışmada Azərbaycanın dilbər guşəsi Şuşa haqqında, həmçinin, dünya ölkələrinin tarixi, coğrafiyası ilə bağlı suallar səsləndirilib.
Qızğın keçən yarışmada VI a sinif şagirdləri bütün rəqiblərini üstələyərək I yerə layiq görülüblər. Qaliblər diplom və kubokla təltif olunublar.
Məktəbin direktoru Könül Təhməzova və direktor müavinləri yarışmanı yaxından izləyiblər, bu tip yarışların tez-tez keçirilməsi və şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi diqqətə çatdırılıb.
Şagirdlərimizi təbrik edir, dərslərində müvəffəqiyyətlər arzulayırıq.