7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova ADPU magistrantlarına təlim keçib

Azərbaycan Respublikası Təhsil nazirinin 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016–2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunub. Ötən müddət ərzində ADPU ilə Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb arasında daimi işgüzar əlaqələr yaradılıb və inkişaf etdirilib. Universitet - orta məktəb əlaqələri istər təlim- tərbiyə, istərsə də elmi- pedaqoji, elmi-tədqiqat sahələrini əhatə edib.

 

Bununla əlaqədar olaraq məktəbin direktoru Könül Təhməzova ADPU-da magistratura səviyyəsində Tədrisin təşkili və idarə edilməsi MBA ixtsaslaşması üzrə təhsil alan magistrantların təhsil proqramına uyğun olaraq nəzəri biliklərinin təkmilləşdirilməsi, təcrübi məqamlar, təhsil müəssisəsinin idarəedilməsi prosesi ilə yerində tanış olması məqsədilə “İdarəetmədə müasir yanaşmalar” mövzusunda təlim keçib.

 

Təlimdə müasir idarəetmə nəzəriyyələri, onların prinsipləri, alətləri, istifadə yolları, elmi proseslər vasitəsilə obyektiv düşünmə və başqa mövzular üzrə geniş müzakirələr aparılıb.

 

Universitet tələbələri keçirilən təlimdən çor razı qalıblar, məktəbin direktoruna öz təşəkkürlərini bildiriblər. Tələbələr tərəfindən bu təlimlərin davamlı olması istənilib.

 

Keçirilən təlim onların gələcək idarəetmə fəaliyyətinə böyük töhfə verəcəyinə əminik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi