eTwinning 7 nömrəli tam orta məktəbin müəllimləri üçün 2 günlük təlim keçib
eTwinning ailəsinə yeni qoşulan 7 nömrəli tam orta məktəbin müəllimləri 12,13 mart tarixində e-Twinning proqramı ilə bağlı keçirilən 2 günlük təlimdə iştirak ediblər.
eTwinning “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi (AZ-ad-EHEA)” layihəsi adı altında həyata keçirilən Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihənin ümumi məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Layihə çərçivəsində keyfiyyətin gücləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiyasının təkmilləşdirilməsi, müvafiq sahələrdə siyasətin formalaşdırılmasına dair dialoq, eləcə də beynəlxalq əməkdaşlıq və mobillik kimi Avropa Ali Təhsil Məkanına məxsus prinsiplərinin həyata keçirilməsi istiqamətində addımlar atılacaqdır.
Məqsədi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyatı qurumların institusional potensialının artırılması, Bolonya prosesi ilə bağlı siyasətin formalaşdırılması, AATM hədəfləri və alətlərinin həyata keçirilməsindən ibarətdir.