7 nömrəli məktəb də “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində silsilə oyunlar, viktorinalar davam etdilir
Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.
Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir.
7 nömrəli məktəb də “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində silsilə oyunlar, viktorinalar davam etdilir.
Məktəb şagirdləri arasında basketbol yarışı keçirilib. Yarışdan öncə məktəbin idman müəllimi şagirdlərə basketbol idman növü haqqında ümumi məlumatlar verib və yarış qaydalarını izaha edib.
İzlə: https://www.facebook.com/7nomrelitamortamekteb/videos/508150560922134