7 nömrəli məktəb eTwinning layihəsinə qoşulub
eTwinning, Avropadakı məktəblər üçün yaradılan bir cəmiyyətdir.
M.Rahim adına 7 nömrəli tam orta məktəbi 15.02.2022 ci il tarixindən layihəyə qoşularaq bu cəmiyyətin üzvü oldu.
15 fevral 2022-ci il tarixində e-Twining layihə səfiri Ofeliya Qafarova M.Rahim adına 7 nömrəli məktəbə səfər edib. Təqdimat və təlimat xarakterli bu səfərdə müəllimlərə layihə barədə geniş məlumat verilib.Onlara əyanı şəkildə portalda qeydiyyatdan keçməyin yolları izah edildikdən sonra layihəylə bağlı yaranan suallar cavablandırılıb.
Layihəyə qoşulma təşəbbüsünə və təşkilatçılığa görə məktəbin direktor səlahiyyətlərinin icraçısı Könül xanım Təhməzovaya, dəstək və kömək göstərdiyinə görə səfir Ofeliya xanım Qafarovaya təşəkkür edir,müəllim və şagirdlərimizə isə uğurlar arzu edirik.
“e-Twinining Plus” layihəsi Avropa ittifaqının Fasiləsiz Təhsil Proqramının “e-Twining” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi yerli müəllimlər və şagirdlərlə avropalı həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.