7 nömrəli tam orta məktəbin heyəti təqdimatda iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib. Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.
Məktəbimiz tədbirdə direktor, 2 müəllim və 5 şagirdlə təmsil olunub.
Tədbirə dəvət üçün Bakı Şəhər İcra Hakimiyyətinə minnətdarıq.