“Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin yekun tədbiri

“Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin yekun tədbiri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş " Təhsildə 3D texnologiyaların tətbiqi " adlı layihəyə yekun vuruldu

.

Dekabrın 15-də 7nömrəli məktəbdə layihənin yekun hesabatı və layihə iştirakçılarının sertifikatlarının təqdimetmə mərasimi keçirildi.

Layihə 3D texnologiyaları vasitəsi ilə şagirdlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirməsini hədəfləmişdi.

 

Ümumilikdə layihəyə Bakı şəhəri üzrə 4 məktəbdən (7, 189-190, 60,212 nömrəli məktəblərdə) iştirakçılar qatılmışdır.

 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Könül Təhməzova layihə çərçivəsindən görülən işlər barədə ətraflı məlumat verildi.

 Müsabiqələrə dəstək olduqları üçün Təhsil Nazirliyinə, layihənin ərsəyə gəlməsində əməkdaşlıq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 7,189-190, 60, 212 nömrəli məktəblərin rəhbərlərinə, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirib.

 

Tədbirdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, TDM-in direktor müavini Zaur Balaqadaşov, BŞTİ- nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AGMA-nın sədri Rüfət Əsədzadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin nümayəndəsi Günel Kərimli, layihə ekspertləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmiş, layihə ilə bağlı fikirlərini söyləmişlər.

 

Xatırlatma üçün bildirək ki, layihə "STEAM Azərbaycan Festivalı 2021” yarışmasının qaliblərindən biri olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi