“Zəfər tarixi türk dünyasının birgə qələbəsidir” adlı görüş
“Zəfər ili”ilə bağlı silsilə tədbirlər çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Zəfər tarixi türk dünyasının birgə qələbəsidir” adlı türk təhsil işçiləri ilə məktəb şagirdlərinin,müəllim kollektivinin görüşü keçirilib .Görüşdə İstanbul Aydın Universitetinin təhsisçisi, Avrasiya Universitetlər Birliyinin sədri, BİLL Məktəblər Şəbəkəsinin təhsisçisi doktor Mustafa Aydın ,BİLL Məktəblər Şəbəkəsinin direktoru Mümüne Elif Aydın və digər qonaqlar da iştirak edib.
Tədbir iştirakçılarına şagirdlərin təqdimatında iki qardaş dövlətin tarix boyu hər bir dövrdə mənəvi, siyasi və digər baxımdan bir-birini dəstəklədiyi ,Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində mənəvi və diplomatik dəstək göstərərək daim yanımızda olduğunu əks etdirən ədəbi-bədii kompozisiya təqdim edildi.
Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi saysız-hesabsız məqamları vurğulayan şagirdlərimiz, münasibətlərimizdə hər zaman olduğu kimi Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət", Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik" şüarlarını rəhbər tutaraq addımlayan iki dövlətin Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” nin əbədi və əzəli birliyin, doğmalığının, dostluğunun ,qardaşlığının sarsılmazlığının daha da dərinləşərək yeni mərhələyə qədəm qoyduğunu xüsusi fərəh və iftixar hisləri ilə vurğuladılar.
Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır!