“Uşaq hüquqları” hakatonunun final mərhələsi

Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.

 

Bir neçə mərhələni uğurla keçərək Respublika üzrə finala seçilən 100 uşaqdan biri olan məktəbimizin VI sinif şagirdi İbrahimli Əsnatı məktəbimiz adından təbrik edir və ona nailiyyətlər arzu edirik.

 

Qeyd edək ki, hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiya və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi