7 nömrəli tam orta məktəbin şagirdi “Əlaçı” televiziya layihəsində qalib olub
Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında sağlam rəqabəti artırmaq və intellektual hərəkatı inkişaf etdirmək məqsədilə keçirilən “Əlaçı” televiziya layihəsinin qalibi,məktəbimizin 11-ci sinif şagirdi Nəcibə Allahverdiyeva öz qalibiyyəti ilə həm M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinə, həm də valideynlərinə böyük qürur hissi yaşatmış oldu.
Təhsil aldığı məktəbi böyük uğurla təmsil edən Nəcibə Allahverdiyevanı təbrik edir,ona yeni-yeni nailiyyətlər arzu edirik!