“Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin 7 nömrəli məktəbdəki mərhələsi sona çatdı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin maliyyə dəstəyi ilə “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsininin 7 nömrəli məktəbdəki mərhələsi sona çatdı.
13 noyabr 2021-ci il tarixində saat 10:00-da Bakı şəhəri Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə layihənin dördüncü təlimi həyata keçirildi.Müəllimlər əvvəlki təlimlərdə öyrəndikləri praktik və nəzəri biliklərini artıq sərbəst şəkildə 3D qurğularla tətbiq etməklə yanaşı, proqramlardan istifadə edərək 3D modelləşdirmə texnologiyalarının müxtəlif üsullarının yaradılmasını da öyrəndilər .
3D qurğularının öz tədris etdikləri fənlərə inteqrasiya yollarını araşdırmaqla geniş müzakirələr apardılar.
Layihə məktəbdə 4 gün davam etdi, növbəti mərhələ 189-190 nömrəli məktəbdə davam etdiriləcək.
Layihənin rəsmi Facebook səhifəsi: https://www.facebook.com/profile.php?id=100073042301461