7 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin maliyyə dəstəyi ilə “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi
Məmməd rahim adına 7 nömrəli tam orta məktəbin “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qalib olub.
10 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin maliyyə dəstəyi ilə “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin açılış tədbiri keçirilib.
Təlimdə iştirak edən müəllimlərə VR/AR texnologiyaları, dünya praktikasında 3D texnologiyaların tətbiqi və effektivliyi haqqında geniş məlumat verildi. Azərbaycanda təhsil sisteminə necə inteqrasiya edilməsi haqqında diskussiyalar aparıldı.
Layihə 14 gün davam edəcək.
https://www.facebook.com/100073042301461/videos/413134130302544