30 iyun tarixində M.Rahim adına 7 №-li tam orta məktəbinin Sahil bağında “Hər fəsildə öyrənək” adlı - yay məktəbinin bağlanış mərasimi baş tutub.

30 iyun tarixində M.Rahim adına 7 №-li tam orta məktəbinin Sahil bağında “Hər fəsildə öyrənək” adlı - yay məktəbinin bağlanış mərasimi baş tutub.

 

Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Yay məktəbi” təşəbbüsünün uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib. M.Vəliyeva qeyd edib ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. İdarə müdiri “Yay məktəbi”ni şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu diqqətə çatdırıb.

 

Tədbirin açılışını 7 №-li tam orta məktəbin VIII sinif şagirdi Cavid Əlizadə "Əsgərin salamı", ifada Ülvi Hüseynzadə, Hüseyn Bayramov, rəqsdə Fidan Salmanova Xudayar təsnifi ilə (trio muğam) "Xarı Bülbülün oyanışı" kompozisiyaları ilə ediblər.

 

Həmçinin, III sinif şagirdləri qonaqları polis formasında qarşılayıb, ibtidai sinif şagirdləri Ebru sənətini, VIII sinif şagirdləri qılınc oynatma idman növünü, məntiqi bacarığını inkişaf etdirən “Məntiq oyunu”nu, "Rəsm şagirdlərin psixoloji əhval ruhiyyəsini özündə əks etdirən bir sənətdir" adlı Psixoloqla işi, III sinif şagirdləri tərəfindən "Açıq havada oynayaraq ingilis dilini öyrənək" adlı danışıq klubunu, Milli mətbəximizi, II sinif şagirdləri "Dilimzin sehrini təbiətdən öyrənirik", Nizaminin əsərlərində “İnsan əməklə ucalır” ideyası şagirdlərin gözü ilə, “Sənsiz”romansı, “Kərpic kəsən kişinin dastanı” hekayəsini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi