7 nömrəli tam orta məktəbin şagirdi Ülvi Hüseynzadə “Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin nəticələrinə əsasən I yerə layiq görülmüşdür.

VIII-XI sinif şagirdləri arasında təşkil olunan “Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin nəticələrinə əsasən, 7 nömrəli tam orta məktəbin şagirdi Ülvi Hüseynzadə I yerə layiq görülmüşdür.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.

Görüşə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müsabiqənin final mərhələsinin iştirakçıları qatılıb.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Məktəbimizin direktoru Könül Təhməzova və məktəb kollektivi adından şagirdimizi təbrik edir, dərslərində müvəffəqiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi