Zakir Bəhmənovun Anım Günü

Məktəbin adını daşıyan 1994-cü il Ağdam rayonu Baş Qərvənd kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş Bəhmənov Zakir Yusif oğlunun ad günü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə Məktəbin direktoru Eyvazov Təhməz, təşkilatçı Əmiraslanov Hüseyn, Hərbi rəhbər Quliyev Qara, UBR Piriyeva Aynurə, məktəb şagirdləri və Şəhidin ailə üzvləri iştirak etmişdilər.Məktəbin IX sinif şagirdi Ələkbərova Aytac Zakir Bəhmənovun həyatı haqqında qısa məlumat verdi. Bəhməvov Zakir Yusif oğlu 8 aprel 1962-ci ildə Qədim Göyçənin Toxluca kəndində dünyaya göz açmışdır. Bakı şəhəri Sabunçu rayonu Nəqliyyat Mexanikləşdirmə İdarəsində sürücü işləyirdi. Öz əməksevərliyi ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.1993-cü ilin noyabr ayından könüllü olaraq vətənin müdafiəsinə gedən Zakiri Ağdam cəbhəsinə göndərdilər. Güllücə, İlxıcı, Cavahirdaş uğrunda döyüşlərdə iştirak etmişdir. Ağdamın Baş Qərvənd kəndi ətrafındakı döyüşlərdə Zakir amansız düşmən gülləsinə tuş gəldi.Bəhmənov Zakir Yusif oğlu nun xatirəsi bütün Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi