Qədim insanlar - nümunəvi dərs

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə ibtidai sinif aylığı elan edilib. Aylıq çərçivəsində 4A sinif rəhbəri Reyhan Həsənova tərəfindən Azərbaycan dili fənnindən "Qədim insanlar" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi şagirdlərin oxuduğu, eşitdiyi fakt və hadisələr haqqında kiçik təqdimatlar hazırlamaq və yeni sözlərin mənalarını izah etməkdir. Dərsdə şagird yönümlü təlim strategiyalarından istifadə edilib. Şagirdlər mövzuya uyğun sual və tapşırıqları cütlər şəklində işləyib təlim məqsədinə nail olublar. Dərs məktəb rəhbərliyi tərəfindən müşahidə edilib. Sonda dərsin güclü və inkişafa ehtiyaca olan tərəfləri ətraflı şəkildə müzakirə edilib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi