"Kikboksinq" üzrə növbəti qalibimizAKF-Ramil Səfərov adına "Cənub" Kikboksinq Klubunun təşkil etdiyi "Kikboksinq " üzrə klublararası turnirdə həmyaşıdları arasında şagirdimiz Səfərov İbrahim I yerə layiq görülmüşdür. İbrahimi məktəbimiz adından bu qələbə münasibəti ilə təbrik edirik.
Taekvando idman növü üzrə qələbəmiz"Fərəh" Taekvando klubunun təşkil etdiyi yeniyetmələrarası birincilikdə 41 kq. çəki dərəcəsində şagirdimiz Məmmədov Amin II yerə layiq görülmüşdür. Amini təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
Şagirdlərimiz birincilər sırasındaŞagirdimiz Məmmədli Səbuhi "Qartal" peşəkar idman klubunun təşkil etdiyi "Muay-Tay" idman növü üzrə Klublararası Turnirdə həmyaşıdları arasında I yerin sahibi olmuşdur. Səbuhini təbrik edir, daima qələbə qazanmağını diləyirik.