MÜSTƏQİL AQZƏRBAYCANIN YENİDƏN YÜKSƏLDİYİ GÜN

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu,onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də böyük risklərə baxmayaraq,xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.Bununla da,ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi,respublikamız parçalanma təhlükəsindən xilas oldu.Beləliklə,bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü " kimi həkk olunaraq 1997-ci ildən rəsmi bayram kimi qeyd olunur.
"Milli Qurtuluş Günü" ilə əlaqədar keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Məktəbin təşkilatçısı N.Məmmədova tədbiri giriş sözü ilə açdı.Daha sonra məktəbin tarix müəllimi V.Ağayev "Milli Qurtuluş Günü" ilə bağlı geniş məlumat verərək,hər bir şagirdə Ulu Öndərimiz Heydər Əliyevə,vətənimizə layiqli vətəndaş olmağı tövsiyyə etdi.