FƏXRİMİZ

65 nömrəli tam orta məktəb  -  Şəhid Qəhrəman Qəhrəmanovun adını daşıyır.

Şəhidin doğum tarixi  - 07.05.1964

Şəhid olduğu tarix   - 26.01.1992

Məktəbdə - şəhidin büstü yoxdur.

Məktəbə şəhidin adı 1997 – ci ildə verilib

Qəhərmanın həyat  və döyüş yolu.

            Qəhrəmanov   Qəhrəman   Qaçay oğlu 7 may 1964-cü ildə Bakı şəhərinin  Zığ  qəsəbəsində anadan olmuşdur.65 №-li məktəbin 8-ci sinfini bitirdikdən sonra Texniki Peşə məktəbində dərzi sənətinə yiyələnmişdir. 8-ci km. qəsəbəsindəki  Tikiş Kombinatında əmək fəaliyyətinə başlamışdır.

             1982-1984 - cü illərdə Sovet Ordusu sıralarında  Kalinin vilayətində hərbi xidmətdə olur. Burada o, atıcı kimi əsgər yoldaşlarından fərqlənir, dəfələrlə valideynlərinə təşəkkür məktubları göndərilir. Əsgəri xidmətdən qayıdan Qəhrəman peşəsini davam etdirməyə başlayır və həmkarı olan qızla ailə həyatı qurur. İlk körpəsinin dünyaya göz açması Qəhərəmana sevinc dolu günlər  yaşadır. Lakin bu sevincin ömrü az olur. Çünki mənfur ermənilər Azərbaycan torpaqlarına təcavüz etməyə başlayır.Belə məqamda qəlbi Vətənə məhəbbətlə dolu olan Qəhrəman kənarda qala bilməzdi.Elə ona görə də könüllü cəbhəyə yollanır.

             Qəhrərmanın döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında onun komandirinin yazdığı və döyüş yoldaşlarının da  imzaladığı məktubda yazılırdı. Həmin məktubda yazılırdı:

             Qəhrəman  Qaçay oğlu Qəhrərmanov 1991- ci ilin noyabrından Milli Ordu sıralarında döyüşmüşdür. 1991- ci il  noyabrın 10- da  şəhidlər Xiyabanında təntənəli surətdə vətənə və müqəddəs Qurana and içərək bu yol haqq yolumuzdur, ondan heç  vaxt dönməyəcəyik deyərək bir qrup yoladaşları ilə cəhbəyə yola düşdük.

            Noyabrın 15- dən etbarən Goranboy istiqamətində gərgin döyüşlər gedirdi.Bu döyüşlərdə Qəhərman müdafiədə  dayanaraq şəxsən 15 nəfər erməni  quldurunu məhv etmişdir.Cəzirli kəndinə hücum olarkən döyüşçü dəstə  bir BTR-i, BMP-ni tankvuranla məhv etmişlər.Cəzirli kəndində Qəhrəman yüngül yaralanmışdı.Buna baxmayaraq Qəhərman mərdliklə döyüşürdü. Bu döyüşdə Qəhərman ermənilərdən 2 ədəd avtomat, 1 PK  pulemyotunu  ələ keçirmiş və polkovnik  Dadaş Rzayevdən təşəkkür almışdır. Qəhərman müalicə  olundiqdan sonra yenidən hərbi hissəyə qayıtdı.

             Dekabrın 5 - də Müdafiə Nazirinin əmri ilə batalyon Şuşa rayonuna yollandı. Qəhərman yenə də ön sıralarda  dayanmışdı.Şuşa rayonunun Kərkicahan, Malıbəyli, Quşçular,  Xocalı döyüşlərində  iştirak  etmiş  və döyüşlərdə ermənilərə  xeyli  zərər vurmuşdur.

           1992- ci il yanvarın 15-də batalyon Bakıya qayıtdı. 1992-ci il yanvarın 22-də isə Tacətdin Mehdiyevin əmrilə batalyon 250 nəfər  döyüşçü ilə Şuşaya göndərildi.

             Mən, kapitan Məmmədov Əli  Qəhərmanı yeməkxanada növbətçi qoyduq. Qəhrəman uşaqlara yemək paylayıb deyirdi: "Yaxşı-yaxşı  yeyin döyüşə gedirik". Mən ona dedim ki, sən burada qal. O isə  sözümə qulaq asmayıb dedi: "Siz harada,mən də orada".

             Bizim   vzvod 2 BTR-lə Daşaltı kəndinə düşdü.Burada da Qəhərman ön sıralarda idi.Kəndə  hücum olarkən Qəhərman  evin   içində 8 erməni quldurunu öldürdü, evi isə yandırdı.Qəhərman həmişə komandirdən,serjantlardan irəli düşürdü.Döyüşdən qayıdarkən Qəhərman Milli Ordunun  4 əsgərinin meyidini döyüş yerindən çıxartdı və 5-ci əsgəri çıxardarkən düşmən gülləsi  ona aman vermədi.Bu döyüşdə Qəhərman əsil  qəhrəman kimi  həlak  oldu.Mən onu döyüş zonasından çıxaranda qolumdan və ayağımdan yaralanmışam.

             Qəhrərmanov Qəhrərman əsil mərd azərbaycanlı oğlu kimi bu qısa müddətdə Vətənin azadlığı  üçün əlindən gələni  əsirgəmədi.Son ana qədər bu müqəddəs yolda canından keçməyə  hazır olduğunu göstərdi.

             Məktubun sonunda Qəhrəmanın oxuduğu 65№-li məktəbə onun adının verilməsi xahiş olunurdu. Həqiqətən də 1997-ci ildə məktəbə Qəhrəman Qəhərmanovun  adı verilmişdir.

             Bəli, bu gün məkətbimiz şərəflə bu igid Vətən övladının adını  daşıyır.Hər il məktəbdə Qəhərmanın doğum günü, şəhid olduğu gün qeyd edilir.Tədbirlər keçirilir, yanvarın 26-da, mayın 7- də şəhidin məzarı ziyarət olunur.Məktəb kollektivi,şagirdlər şəhidin valideynləri ilə görüşür.

             2014 - cü ildə Şəhidin  anadan olmasının 50 illiyinə həsr olunmuş böyük bir tədbir - Xatirə gecəsi keçirildi. Tədbir televizyada da işıqlandırıldı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi