HAQQIMIZDA

Məktəbin ikimərtəbəli əsas tədris korpusu 1935-ci ildə, digər yardımçı birmərtəbəli tədris korpusu 2001-ci ildə tikilmişdir. 2006-cı ildə əlavə olaraq hər biri ikimərtəbəli olmaqla 2 yeni korpus inşa edilmişdir. Əsas tədris korpusu 2011-ci ildə əsaslı təmir olunmuşdur. Məktəb Qarabağ şəhidi Qəhrəman Qəhrəmanovun adını daşıyır. Pedaqoji işçilərin sayı 65 nəfərdir. Onlardan 55 nəfər ali təhsilli, 10 nəfər orta ixtisas təhsillidir. Şagirdlərin sayı( məktəbə hazirlıq qrupu ilə birlikdə) 985 nəfərdir. Müxtəlif olimpiadalarda və müsabiqələrdə şagirdlər uğurla iştirak edirlər: 2008-ci ildə Respublika Kimya Olimpiadasının qalibi adına, 2011-ci ildə Azərbaycan dili və Ədəbiyyat fənn olimpiadasının şəhər mərhələsində I yerə layiq görülmüşdür. 2015-2016-cı tədris ilində məktəbin 19 məzunu ali təhsil müəssələrinə qəbul olmuşdur.2016-2017-ci tədris ilində məktəbin 16 şagirdi ali təhsil müəssələrinə qəbul olmuşdur.Onlardan 3 nəfəri 500 baldan yuxarı nəticə göstərib.2018-2019 cu tədris ilində məktəbin 16 şagirdi ali təhsil müəssələrinə qəbul olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi