Kiçik Akademiya

"KİÇİK AKADEMİYA"NIN HESABAT KONFRANSI15.05.2023-cü il tarixində Kiçik Akademiyanın hesabat konfransı keçirildi. Konfransı KA-nın prezidenti N.Məmmədova açdı və bildirdi ki, cari tədris ilində KA –nın üzvləri tərəfindən hazırlanmış təqdimatlar bir daha dinləniləcək və seçilmiş bir iş rayon konfransında iştirak edəcək. Konfransın sonunda qərara alındı :10B sinif şagirdi Zəhra Əliyeva "Dejavü" mövzusunda hazırladığı təqdimatla KA-ların hesabat konfransında iştirak etsin.

Ətraflı

HEYDƏR ƏLİYEV VƏ MİLLİ DƏYƏRLƏRİMİZHEYDƏR ƏLİYEV VƏ MİLLİ DƏYƏRLƏRİMİZ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 tarixli F 123 əmri ilə"Dəyərlərimizi qoruyaq!" adlı layihəsinin keçirilməsi barədə Tədbirlər Planı təsdiq olunmuşdur. Şagirdlərdi yaradıcı milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək məqsədi ilə keçirilən bu layihəyə bizim məktəb də qoşulub. KA-nın növbəti konfransı məhz bu məqsədlə keçirildi.Məktəb KA-nın prezidenti N.Məmmədova konfransı giriş sözü ilə açaraq milli dəyərlərimizin mükəmməlliyi haqqında danışdı.Sonra KA-nın fəal üzvləri "Milli dəyərlər","H.Əliyev və milli dəyərlərimiz","İlham Əliyevin milli dəyərlərimiz diqqəti","Milli dəyərlərimizi qorumaq və gələcək nəsillərə satdırmaq borcumuzdur"mövzusunda çıxışlar etdilər.

Ətraflı

Şuşa Şərqin KonservatoriyasıdırŞuşa Şərqin Konservatoriyasıdır "Şuşa ili "çərçivəsində keçirilən tədbirlərdən biri də KA üzvlərinin hazırladığı təqdimat oldu.Şərqin Konservatoriyası olan Şuşa böyük musiqiçilər nəsli yetişdirmişdir. Bu nəslin ən böyük nümayəndələrindən biri də Üzeyir Hacıbəyovdur."KA"-nın Humanitar bölməsinin üzvü Alışlı Şəmsin tədqiqat işi maraqla qarşalndı."KA"-nın prezidenti N.Məmmədova tədbirdə çıxış edərək tövsiyələrini bildiri.

Ətraflı

QAFQAZIN SƏNƏT MƏBƏDİQAFQAZIN SƏNƏT MƏBƏDİ 2022-ci il Şuşa ilidir.Bununla əlaqədar “KA” –nın üzvləri Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında araşdırmalar apardılar. Apardıqları araşdırma nəticəsində öyrəndikləri bilikləri "KA"-nın digər üzvləri ilə bölüşdülər. KA-nın prezidenti N.Məmmədova tədbirdə çıxış edərək tövsiyələrini bildirdi.

Ətraflı

KA-da  seminarKA-da seminar "KA"-nın növbəti seminarı keçrildi. IX sinif şagirdləri "Əhməd Cavadın həyat və yaradıcılığı" mövzusunda təqdimatla çıxış etdilər.Əhməd Cavadın həyat və yaradıcılığı barədə ən vacib məlumatlar, araşdırmalar nəticəsində əldə olunan biliklər, dahi şairimizin irsinin maraqlı məqamları təqdimatda öz əksini tapmışdı. .

Ətraflı

Humanitar fənlər bölməsinin seminarı"Kiçik Akademiya''nın humanitar fənlər bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda şagirdlər təqdimatlarla çıxış etdilər. Təqdimatlar işğaldan azad olunmuş rayonlarımız haqqında idi."Kiçik Akademiyanın" üzvləri olan şagirdlər təqdimatlarında Ağdərə və Cəbrayıl rayonlarının tarixi abidələri haqqında ətraflı məlumat verdilər. Video-təqdimatlarda həmin rayonların tanınmış ziyalıları haqqında məlumatlar da yer almışdı. Seminarda "Kiçik Akademiya"nın rəhbəri Natəvan Məmmədova və humanitar fənlər bölməsinin rəhbəri Səbinə Ağayeva,təbiət elmləri bölməsinin rəhbəri Aynurə Əliməmmədova da iştirak edirdi.

Ətraflı

Kiçik akademiyanın seminarı"Kiçik Akademiya''nın növbəti seminarı keçirildi. Seminarda təbiət elmləri bölməsinin üzvü 9B sinif şagirdi Məmmədzadə Turac "Alternativ enerji mənbələri" mövzusunda hazırladığı təqdimatla çıxış etdi. "Kiçik Akademiya"nın rəhbəri Natəvan Məmmədova seminarda iştirak edərək, şagirdlərə tövsiyələrini bildirdi.

Ətraflı

Nüvə silahı beynəlxalq sülhün qarantıdırmı?"Kiçik Akademiya''nın təbiət fənləri bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda KA-nın fəal üzvləri olan 9B sinif şagirdləri Zəhra Əliyeva və Fidan Rüstəmova " Nüvə silahı Beynəlxalq sülhün qarantıdırmı?" mövzusunda təqdimatla çıxış etdilər.

Ətraflı

Kiçik akademiyanın təbiət fənləri bölməsinin növbəti seminarı"Kiçik Akademiya''nın təbiət fənləri bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda şagirdlər "Qarabağın flora və faunası" mövzusunda hazırladıqları təqdimatla çıxış etdilər. Biologiya müəllimi Aynurə Əliməmmədovanın rəhbərliyi ilə hazırlanan təqdimatda Qarabağımızn təbiəti haqqında maraqlı məlumatlar öz əksini tapmışdı. "Kiçik Akademiya"nın rəhbəri Natəvan Məmmədova seminarda iştirak edərək, şagirdlərə tövsiyələrini bildirdi.

Ətraflı

Böyük alim       Kiçik Akademiyanın növbəti seminarı keçirildi.Seminarda KA-nın təbiət elmləri bölməsinin  üzvü 9B sinif şagirdi Zəhra Əliyevanın təqdimatı dinlənildi. Zəhranın təqdimatı  bu il 100 illik yubileyi qeyd olunan böyük alim Lütfi Zadənin  yaradıcılığına həsr olunmuşdu. Seminarda KA-nın üzvü olan müəllim və şagirdlər iştirak edirdi.

Ətraflı

KİÇİK AKADEMİYANIN NÖVBƏTİ SEMİNARIKA-nın növbəti seminarı keçirildi.Təbiət elmləri bölməsinin rəhbəri Gülarə Rzayevanın rəhbərliyi ilə 8 B sinif şagirdi Əliyeva Zəhranın hazırladığı vidoçarx nümayiş olundu."İqlim dəyişmələri.Qlobal istiləşmə" mövzusunda hazırlanan təqdimatda şagidr maraqlı faktlara əsaslanaraq qlobal istiləşmənin insan həyatı üçün fəsadlarından,problemin qarçısının alınması üçün görülə biləcək işlərdən danışdı.

Ətraflı

Nizami Gəncəvi -880“Kiçik Akademiya”nın seminarı keçirildi.Humanitar bölmənin üzvləri keçirilən seminarda Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirdilər.VI sinif şagirdləri dahi şairin əsərlərindən parçalar səsləndirdilər.

Ətraflı

Kiçik Akademiyanın təqdimatıMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın humanitar bölməsinin üzvləri "Akademik Məmməd Cəfər Cəfərovun həyat və fəaliyyəti"adlı araşdırmalarını təqdimat etdilər.10"A" sinif şagirdi Əliyeva Selcan sinif yoldaşları Əmirli Zeynəb, Mürşidlü Rəhiməxanımın köməyi ilə hazırladığı videoçarxı təqdim etdi. Çıxış edənlər onu da qeyd etdilər ki, təqdimatlarında fənn müəllimlərinin tövsiyələrini dinləyərək araşdırma aparıblar..Sonra təqdimatçılar verilən sualları cavablandırdılar. Sonda tərbiyə işləri üzrə direktor müavini N. Məmmədova çıxış edərək fikirlərini bildirdi və şagirdlərə kiçik elmi axtarışlarında uğurlar arzuladı.

Ətraflı

Tədqiqatçılıq müsabiqəsi"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçlıq müsabiqəsinin keçirilməsi haqqında F-426 nömrəli əmrinə əsasən məktəbdə təqdimat müsabiqəsi keçirildi. Müsabiqədə KA-nın üzvləri olan şagirdlər iştirak etdi. 8"Ç" sinif şagirdi Fərəcli Fidan "Plastik qablaşdıma tullantılarının ətraf mühitə mənfi təsiri " mövzusunda hazırladığı təqdimatla qalib oldu.

Ətraflı

"Kiçik tədqiqatçılar" müsabiqəsiBakı şəhəri üzrə Təhsil İdarəsinin "Kiçik tədqiqatçılar" müsabiqəsinin keçirilməsi barədə F-436 nömrəli əmrinə uyğun olaraq məktəbdə müsabiqə keçirildi. Müsaqbiqədə III-IV sinif şagirdləri iştirak edirdi. IV sinif şagirdi Әkbәrov Әlisübhanın təqdimatı fərqləndi.

Ətraflı

Bioloqların TəqdimatıBioliqların"Plastik tullantıların yaratdığı ekoloji problemlər və bu problemlərin həlli yolları"adlı elmi araşdırmalarının təqdimatı keçirildi. Təqdimatda məktəbin KA-nın prezidenti N. Məmmədova,direktor müavini Q. Tağıyeva, KA-nın vitse prezidenti S. Ağayeva və kimya müəllimi P. Abdullayeva iştirak etdilər. Tədbirdə 8”Ç” sinif şagirdləri F. Fərəcli,A. Hüseynova və M.Qasımovanın "Plastik tullantıların yaratdığı ekoloji problemlər və bu problemlərin həlli yolları" adı altında tədqiqat işləri təqdim olundu.

Ətraflı

Məktəbdə"Kiçik Akademiya" fəaliyyətə başalayıbQ.Qəhrəmanov adına 65nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" aprelin 20-də yaradılmışdır. "Kiçik Akademiya"nın prezidenti məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Natəvan təyin edilmişdir. Şagirdlərin təhsildə uğur qazanması məqsədilə yaradılmış "Kiçik Akademiya"da şagirdlərin fənn müəllimləri və müvafiq fənnlər üzrə elmi araşdırmalar aparan mütəxəssis və alimlərlə görüşlərin təşkili nəzərdə tutulmuşdur.

Ətraflı
HAQQIMIZDA

Məktəbin ikimərtəbəli əsas tədris korpusu 1935-ci ildə, digər yardımçı birmərtəbəli tədris korpusu 2001-ci ildə tikilmişdir. 2006-cı ildə əlavə olaraq hər biri ikimərtəbəli olmaqla 2 yeni korpus inşa edilmişdir. Əsas tədris korpusu 2011-ci il...

BİZİM FƏXRLƏRİMİZ

Siyarə Əməşovna Qamət

Türkan Mustafazadə Səhhət

HAQQIMIZDA

Məktəbin ikimərtəbəli əsas tədris korpusu 1935-ci ildə, digər yardımçı birmərtəbəli tədris korpusu 2001-ci ildə tikilmişdir. 2006-cı ildə əlavə olaraq hər biri ikimərtəbəli olmaqla 2 yeni korpus inşa edilmişdir. Əsas tədris korpusu 2011-ci il...

BİZİM FƏXRLƏRİMİZ

Siyarə Əməşovna Qamət

Türkan Mustafazadə Səhhət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi