23 APREL- ÜMUMDÜNYA KİTAB VƏ  MÜƏLLİFLİK   HÜQUQU GÜNÜ

 

 

   

       Məktəbimizin kitabxanasında kitabxana müdiri İradə Quliyevanın təşkilatçılığı və 2C  sinif şagirdlərinin iştirakı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirildi. İ.Quliyeva şagirdlərə məktəb kitabxana fondu haqqında məlumat verdi.Həmçinin şagirdlər kitabxanada təşkil olunmuş "Dəyərlərimiz  bədii ədəbiyyatda” –başlıqlı sərgi ilə tanış oldular.Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Natəvan Məmmədova çıxış edərək uşaqlara mütaliənin insan həyatında faydaları haqqında geniş məlumat verdi.Sinif müəllimi Həlimə Həşimovanın rəhbərliyi ilə şagirdlər bu günədək oxuduqları kitablardan söz açdılar ,bir-birinə oxuduqları maraqlı kitabları hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi