Dəyərlərimizi qoruyaq

Tarixi və özülü olan hər bir xalqın,hər bir millətin milli dəyərləri vardır. Milli dəyərlər isə xalqları,millətləri digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökü olan olan azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Dilindən,dinindən,musiqisindən,himnindən,gerbindən,bayrağından tutmuş,özünün dünya şöhrətli şəxsiyyətlərinə qədər. Milli tariximiz,dilimiz,mədəniyyət və incəsənətimiz,
ədəbiyyatımiz,bir sözlə milli olan dəyərlərimiz haqqında ətraflı danışmaq olar. Başqa məktəblərdə olduğu kimi bizim məktəbdə də milli dəyərlərə xüsusi diqqət ayrılır. Milli dəyərlərin təbliğində bir çox tədbirlər,seminarlar,yarışlar,müsabiqələr və sərgilər keçirilir. Azərbaycanın ərazi bütövlüyü uğrğnda canından keçmiş,milli qəhrəmanımız Mübariz İbrahimov-" Mərdlik məktəbi"- adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə şagirdlər M.İbrahimovun qəhrəmanlığından bəhs olunan slaydlara baxmışlar.