Erkən nikahlara yox deyək!

Hazırda dünyanı narahat edən ən aktual məsələlərdən biri də məhz erkən nikahlar və onların cəmiyyətə vurduğu ağır fəsadlarlarıdır. Erkən nikahlar fərdin psixi,mənəvi və bioloji cəhətdən inkişafına təsir edən,təhsildən yayındıran,sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların evliliyə və uşaq sahibi olmaq məsuliyyətinə hazır olmadan bağlanan nikahlardır.Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Bu mövzu ilə əlaqədar şagirdlərin maarifləndirilməsi istiqamətində işlərin aparılması məqsədilə 63 nömrəli tam orta məktəbin psixoloqları seminarlar keçirib. Bu mövzuda yuxarı sinif şagirdlərinə videoçarxlar nümayiş etdirilib, slaydlar təqdim edilib,bir sıra söhbətlər aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi