İdmançıların yarışa hazırlığına psixoloji yanaşma.

Bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır.Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növlərinə maraq göstərir,bu və ya digər idman növü ilə məşğul olurlar. Şübhəsiz ki, bütün idmançılar kimi yeniyetmə və gənclərin, xüsusilə idmana yeni başlayanların fəaliyyətlərində psixoloji hazırlıq xüsusi yer tutur. Yeniyetmələrin həyat tərzi nə qədər sağlam,düzgün planlanmış olarsa,bu onların həm fiziki,həm mental inkişafına çox müsbət təsir göstərər. Müşahidələr göstərir ki,idmanla məşğul olan uşaqlar gələcəkdə daha möhkəm xarakterli, qətiyyətli, həmçinin köməksevər və mərhəmətli olur, nizam-intizam qaydalarına daha asanlıqla riayət edirlər. Şagirdləri idmana,sağlam həyat tərzinə həvəsləndirmək məqsədilə 63 nömrəli tam orta məktəbin psixoloqu da məktəblilər arasında maarifləndirmə işləri aparmışdır. Şagirdlərlə eləcə də yarışlar zamanı stressi,həyəcanı idarə etməyin üsullarını öyrədildi,bir sıra nəfəs texnikalarının məşq keçirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi