"Olimpiya oyunları uşaqların gözü ilə" adlı dərs

Bildiyimiz kimi 4-10 mart "İdman həftəsi"dir. Bu gün məktəbimizin 1-B sinfində "Olimpiya oyunları uşaqların gözü ilə" adlı dərs keçirildi. Hər zaman olduğu kimi 1-B sinfi bu işə də sevgi ilə yanaşdılar. İlhamə müəllimə mövzu ilə bağlı məlumatlar verib, videoçarxlar göstərdi. O qeyd etdi ki, idman təkcə fiziki cəhətcə insanların güclənməsinə səbəb olmur, həmçinin onları gündəlik həyatda daha hazırlıqlı və mütəşəkkil edir. Uşaqlar maraqlı əl işləri hazırlayıb, gözəl rəsmlər çəkmişdilər. Hətta "İdman" haqqında mahnı da oxudular. Afərin sizə, uşaqlar!