Risk qrupuna daxilolma ehtimalı olan şagirdlərlə profilaktik işlər.

63 nömrəli tam orta məktəbin psixoloqları fevral ayında aylıq plana əsasən risk qrupuna daxilolma ehtimalı olan şagirdlərlə maarifləndirici işlər aparıblar. Şagirdlərə əvvelcə Buss Perri aqressiya sorğusu təqdim edilib ,daha sonra isə bullinq mövzusunda filmə baxılıb, şagirdlərlə birlikdə filmin müzakirəsi aparılıb. Müzakirə zamanı məktəblilər öz fikirlərini bölüşüblər, psixoloji treninq daha sonra bir sıra maraqlı oyunlar ve diskussiya formasında davam etdirilib.