"20 Yanvar faciəsi" nə həsr olunmuş dərs
Xalqların tarixində elə hadisələr olur ki, onun həm ruhunda, qan yaddaşında silinməz izlər qoyur, həm də qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsinə çevrilir. Belə hadisələrdən biri Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələridir. 20 Yanvar tariximizdə təkcə hüzn günü deyil, Azərbaycan xalqının istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı, milli birliyin vəhdəti günüdür. 20 Yanvarı simvolu olan Qərənfildən 44 günlük Vətən müharibəsinin Xarıbülbülünə doğru şərəfli bir yol keçən Azərbaycan müharibədən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb. Bu gün məktəbimizin 1-B sinfində "20 Yanvar faciəsi" nə həsr olunmuş "Qərənfildən Xarıbülbülə gedən yol" adlı dərs keçirilib. Dərsdə İlhamə müəllimə "20 Yanvar faciəsi" nin 35-ci ildönümünün olduğunu vurğulayaraq, mövzu ilə bağlı videoçarxlar göstərib, məlumatlar verdi.Uşaqlar Şəhidlərə aid şeirlər söyləyib,duyğulandıran səhnəciklər göstərdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin.